Modern.az

Kadırovun qızı mükafatlandırıldı

Kadırovun qızı mükafatlandırıldı

Dünya

1 İyul 2024, 20:23

Çeçenistan baş nazirinin sosial blok üzrə müavini, respublika rəhbərinin böyük qızı Ayşad Kadırova Beynəlxalq Tatarlar İttifaqının medalı ilə təltif edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Ramzan Kadırov özünün teleqram kanalında məlumat yayıb.

 

Kadırovaya “Tatar xalqı qarşısında böyük xidmətlərinə görə” medalı verilib.

 

Çeçenistan rəhbərinin böyük qızı Ayşat Kadırovanın 25 yaşı var. O, oktyabrda Çeçenistan hökuməti başçısının sosial məsələlər üzrə müavini olub. Bundan əvvəl, 2021-ci ilin oktyabr ayından o, Çeçenistanın Mədəniyyət Nazirliyinə rəhbərlik edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyə qarışdı: qızmış kütlə əsgərlərə HÜCUM ETDİ