Modern.az

Demokratlar Partiyası Baydenin namizədlik məsələsinə BAXACAQ

Demokratlar Partiyası Baydenin namizədlik məsələsinə BAXACAQ

Dünya

2 İyul 2024, 12:18

Demokratlar Partiyasının Milli Komitəsi iyulun 21-də keçiriləcək onlayn iclasda ABŞ-ın hazırkı prezidenti Co Baydenin qarşıdan gələn prezident seçkilərində partiyanın namizədi kimi irəli sürülməsi imkanını nəzərdən keçirəcək.

Modern.az xəbər verir ki, bu barədə Bloomberg-in məlumatında bildirilib.

Milli Komitə konvensiyanın qaydalarını dəyişdirərək, Co Baydenin namizədliyinə iyulun 21-dək səs verməyə icazə verib.

Bloomberg xəbər verir ki, Demokrat Partiyasının Konqres Platforması Komitəsi iyulun 16-da, Qaydalar Komitəsi iyulun 19-da, Etibarnamə Komitəsi isə iyulun 21-də görüşəcək.
 

Agentliyin məlumatına görə, görüşlər zamanı Baydenin namizədliyi üçün səsvermə prosedurları formalaşdırılacaq.

Milli Komitənin qərarı uğursuz müzakirələrdən sonra Baydenin dəyişdirilməsi ilə bağlı partiyadaxili danışıqlara son qoyacaq.

Xatırladaq ki, iyunun 28-də Atlantada ölkənin keçmiş və indiki prezidentləri Donald Tramp və Co Bayden arasında ilk seçkiqabağı debat baş tutub. CNN-in keçirdiyi ekspress sorğuya əsasən, 67% Donald Trampın debatda qalib gəldiyinə inanır, 33% isə Co Baydenin.

ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”