Modern.az

Hakkaridə beynəlxalq festival başlayıb

Hakkaridə beynəlxalq festival başlayıb

Dünya

2 İyul 2024, 15:10

Türkiyənin Hakkari vilayətinin İraqla sərhəddə yerləşən Çukurca rayonunda beynəlxalq təbiət festivalı keçirilib.

Modern.az xəbər verir ki, festivalda təbiətsevərlər, fotoqraflar və ekstremal idmançılar iştirak ediblər. Raftinqdən dağ velosipedinə, yolsuzluq yarışlarından paraşütlə tullanmaya qədər bir çox sahədə idmançıların qatıldığı 5-ci Beynəlxalq Foto-Safari və Təbiət İdmanları Festivalına Rusiyanın məşhur alpinisti, “Qar bəbiri” ləqəbli Roman Abildayev də qatılıb. Abildayev 20 ildir bir çox fərqli ölkədə dırmanma ilə məşğul olduğunu və Türkiyənin indi tamamilə təhlükəsiz hala gətirdiyi bölgənin beynəlxalq idmançılar və alpinistlər üçün fövqəladə imkanlar təqdim etdiyini bildirib. Festivala Hakkari valisi Əli Çelik tərəfindən dəvət edilən, Hakkari və Şırnak vilayətlərini ilk dəfə görən Abildayevin sözlərinə görə, bölgənin təbii gözəllikləri inanılmazdır:

“Təbiət idmanlarını istənilən yerdə təhlükəsiz və rahat şəkildə edə bilərik. Xüsusilə başlanğıc və orta səviyyəli alpinistlərə Çukurcaya gəlməyi tövsiyə edirəm”.

Hakkari valisi Əli Çelik isə açıqlamasında bildirib ki, Hakkarinin hər kvadrat metri artıq tam təhlükəsizdir:

“Yüksekovada qar turizmindən Çukurcada ekstremal idmana qədər bir çox sahədə yaxşı imkanlar təşkil etmək vəziyyətindəyik. Biz azərbaycanlı qardaşlarımızı və qonşularımızı şəhərimizə xüsusilə salamlayırıq”.

Qeyd edək ki, Hakkari illərdir Türkiyədə terrorçuların təhdidi ilə üz-üzə qalan regionlardan biri idi. Bölgə artıq tamamilə terrorçulardan təmizlənib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”