Modern.az

Ukrayna üçün yeni yardım paketi - 2.3 milyard...

Ukrayna üçün yeni yardım paketi - 2.3 milyard...

Dünya

2 İyul 2024, 20:23

ABŞ Ukraynaya 2,3 milyard dollar dəyərində yeni hərbi yardım paketi ayırmaq niyyətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın müdafiə naziri Lloyd Ostin Ukraynanın müdafiə naziri Rustem Umerovla görüşündən sonra bildirib.

 

Amerikalı nazirin sözlərinə görə, yeni paketə tank əleyhinə silahlar və hava hücumundan müdafiə sistemləri daxil olacaq.

 

ABŞ-ın Ukraynaya yardım paketi sonuncu dəfə iyunun 7-də ABŞ prezidenti Co Bayden və Ukrayna prezidenti Volodimir Zelenski arasında keçirilən görüşdən sonra elan edilib. Bayden bildirib ki, 225 milyon dollarlıq paketə HIMARS sursatları, "Stinger" yer-hava raketləri və HAWK hava hücumundan müdafiə raketləri daxildir.

 

"Associated Press" agentliyi mənbələrə istinadən bildirir ki, ABŞın yeni hərbi yardım paketi iyunun 25-də açıqlanacaq. Məlumata görə, paketə HIMARS reaktiv yaylım atəş sistemi üçün mərmilər, 105 mm və 155 mm çaplı artilleriya mərmiləri, tank əleyhinə silahlar, atıcı silahlar və qumbaraatanlar daxil olacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”