Modern.az

Sabah dünyanın diqqəti bu görüşdə olacaq...

Sabah dünyanın diqqəti bu görüşdə olacaq...

Dünya

2 İyul 2024, 23:33

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şanxay Əməkdaşlıq Təşkilatının Dövlət Başçıları Zirvə toplantısında iştirak edəcək.

 

Modern.az xəbər verir ki, TRT kanalı Ərdoğanın Qazaxıstana səfəri barədə bir sıra detalları açıqlayıb.

 

Ərdoğan sammit çərçivəsində Rusiya prezidenti Vladimir Putinlə görüşəcək. Görüşün sammitin ilk günündə baş tutacağı bildirilir.

 

İki liderin Qəzzadakı müharibə, terrorla mübarizə, enerji, turizm kimi bir çox mövzunu müzakirə edəcəyi gözlənilir.

 

İkitərəfli, regional və qlobal mövzular da görüşün gündəliyində olacaq.

 

Eyni zamanda Ərdoğanın Suriyada terrorla mübarizənin əhəmiyyətini bir daha vurğulaması gözlənilir.

 

Ərdoğan Qəzzadakı vəziyyəti təkcə ikitərəfli görüşlərdə deyil, Türkiyənin “dialoq tərəfdaşı” olaraq qatılacağı zirvə toplantısında da müzakirə edəcək.

 

Sammitdə Çin, Rusiya və İran da daxil olmaqla 16 ölkənin dövlət və hökumət başçıları iştirak edəcək.

 

Sammit “Çoxtərəfli Dialoqun Gücləndirilməsi: Davamlı Sülh və İnkişafa Çatmaq” adı altında keçiriləcək.

 

Əsas gündəm Şanxay Əməkdaşlıq Təşkilatının beynəlxalq problemlərin həllində rolunun gücləndirilməsi olacaq.

 

Bildirilir ki, sammitdə regional təhlükəsizlik, infrastruktur, enerji, nəqliyyat və logistika məsələləri də müzakirə olunacaq.

 

Liderlərin ilk növbədə beynəlxalq ticarət və iqtisadiyyata diqqət yetirəcəyi bildirilir.

 

Sammitin sonunda Qazaxıstan sədrliyi Çinə təhvil verəcək.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”