Modern.az

Mişel Obama prezidentliyə namizəd olsaydı, seçicilərin 50%-i ona səs verərdi - SORĞU

Mişel Obama prezidentliyə namizəd olsaydı, seçicilərin 50%-i ona səs verərdi - SORĞU

Dünya

3 İyul 2024, 12:28

Amerikalı seçicilərin 50%-i keçmiş birinci xanım Mişel Obama 2024-cü il prezident seçkilərində Demokratlar Partiyasının namizədi olsaydı, ona səs verəcəkdi.

Modern.az xəbər verir ki, bunu Ipsos sosioloji xidmətinin keçirdiyi sorğunun nəticələri sübut edir.

Sorğunun nəticələrinə görə, Mişel Obama və keçmiş prezident Donald Tramp prezidentlik uğrunda mübarizə aparsalar, respondentlərin 50%-i keçmiş birinci xanımı dəstəkləməyə hazır olacaq, amerikalıların isə yalnız 39%-i Trampa səs verəcək.

Sorğunun nəticəsinə görə, Tramp və hazırkı lider Co Bayden arasında seçki keçirilsəydi, amerikalılar səslərini bərabər bölərdilər, Trampa 40%, Baydenə 40%.

Sorğu iyulun 1-2-də 1070 amerikalı arasında keçirilib.

CNN daha əvvəl xəbər vermişdi ki, ABŞ Demokrat Partiyasını təmsil edən indiki və keçmiş məmurların əksəriyyəti Baydenin seçkiqabağı yarışdan getməsinin tərəfdarıdır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”