Modern.az

Zelenskidən Trampa çağırış: "Sülh planını açıqla!"

Zelenskidən Trampa çağırış:

Dünya

3 İyul 2024, 17:35

Ukrayna prezidenti Volodimir Zelenski ABŞ-ın Respublikaçılar Partiyasından prezidentliyə namizəd, keçmiş dövlət başçısı Donald Trampa çağırış edib.

Modern.az xəbər verir ki, Zelenski Trampdan sülh planını ictimaiyyətə açıqlamasını istəyib.

Ukrayna lideri ABŞ-ın keçmiş prezidentinin təkliflərini şəxsən dinləmək üçün onunla görüşməyə hazır olduğunu qeyd edib.

Xatırladaq ki, “Politico” nəşrinin məlumatına görə, prezidentliyə namizəd D.Tramp NATO-nun daha şərqə doğru genişlənməyəcəyini nəzərdə tutan sazişi nəzərdən keçirir. Həmçinin Rusiya prezidenti Vladimir Putinlə “Moskvanın Ukrayna ərazisinin nə qədərini saxlaya biləcəyi” barədə danışıqlar aparır.

ABŞ-da prezident seçkiləri noyabrın 5-də keçiriləcək. Seçkilərdə əsas namizədlər Trampla hazırkı prezident Co Baydenin olacağı gözlənilir. Son sorğulara görə, Tramp Baydeni üstələhyir.
 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”