Modern.az

Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib

Azərbaycan BRICS-ə daxil olmaq arzusunu ifadə edib

Dünya

3 İyul 2024, 18:40

Azərbaycan tərəfi BRICS-ə daxil olmaq arzusunu ifadə edir.

 

Modern.az xəbər verir ki, bu barədə Şanxay Əməkdaşlıq Təşkilatının Astanada keçirilən Zirvə toplantısı çərçivəsində iyulun 3-də qəbul olunan “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”də deyilir.

 

Birgə Bəyannamədə bildirilib ki, Çin tərəfi BRICS əməkdaşlığında Azərbaycanın iştirakını alqışlayır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”