Modern.az

Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq

Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq

Dünya

3 İyul 2024, 20:06

Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq.

 

Modern.az xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev iyulun 3-də Astanada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ilə görüşü zamanı bildirib.

 

“Sizi qonaq qismində Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında görməkdən məmnunam. Bəlkə də bir müddət sonra Azərbaycan ŞƏT-in tamhüquqlu üzvü olacaq. Hər halda, Qazaxıstan buna etiraz etmir, əksinə, Sizin tərəfinizdən müvafiq istək varsa, onu dəstəkləyir”, - Tokayev qeyd edib.

 

Qazaxıstan Prezidenti vurğulayıb ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına tam üzvlüyünü dəstəkləməyə hazırdır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya qərar verdi: “Ərdoğan vasitəçi olmayacaq”