Modern.az

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

İsraildə Qərbi Nil qızdırmasından 11 nəfər ölüb

Dünya

4 İyul 2024, 08:55

İsraildə Qərbi Nil qızdırması yayılmaqda davam edir və mayın əvvəlindən bu günə qədər 153 nəfərdə bu xəstəlik aşkarlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Məlumata görə, xəstəliyə yoluxanlardan 11 nəfər ölüb.

 

Səhiyyə Nazirliyi qeyd edib ki, yoluxanların əksəriyyəti İsrailin mərkəzi hissəsində yaşayan sakinlərdir.

 

Nazirlik bildirib ki, Qərbi Nil qızdırması ümumiyyətlə İsraildə çoxdan məlumdur, yoluxanların təxminən 80 faizində xəstəliyin heç bir təzahürü yoxdur. Təxminən 19 faiz hallarda qızdırma, halsızlıq və baş ağrıları da daxil olmaqla müxtəlif şiddətli simptomlar və yalnız bir faiz hallarda ciddi nevroloji ağırlaşmalar müşahidə olunur.

 

Qeyd edilib ki, infeksiyanın əsas daşıyıcıları ağcaqanadlardır.

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi