Modern.az

Orban bu dəfə Moskvaya gedir

Orban bu dəfə Moskvaya gedir

Dünya

4 İyul 2024, 20:27

Macarıstanın baş naziri Viktor Orban Kiyevə səfərindən sonra Moskvaya gedəcək.

 

Modern.az xəbər verir ki, bu barədə "Azadlıq radiosu"nun mənbələri bildirib.

 

Məlumata görə, Orban cümə günü, iyulun 5-də Moskvaya səfər edəcək və Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

 

Yerli mətbuat yazır ki, Kremlə səfəri zamanı Orbanı ölkənin xarici işlər naziri Peter Siyerto müşayiət edəcək.

 

Qeyd edək ki, Orban bu həftə Kiyevə səfər edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi