Modern.az

İranda prezident seçkilərinin ikinci turu başladı - Xamenei səs verdi

İranda prezident seçkilərinin ikinci turu başladı - Xamenei səs verdi

Dünya

5 İyul 2024, 08:48

İranda növbədənkənar prezident seçkilərinin ikinci turu başlayıb.

 

Modern.az xəbər verir ki, seçkilərin ikinci turunda islahatçı namizəd Məsud Pezeşkian və mühafizəkar namizəd Səid Cəlili mübarizə aparır.

 

"Tasnim”in məlumatına görə, İranın Ali Rəhbəri Seyid Əli Xamenei prezident seçkilərinin ikinci turunda səs verib.

 

Qeyd edək ki, birinci turda 42,6 faiz səslə Məsud Pezeşkian liderlik edirdi.
 

Ölkədə seçkilərin nəticələrinin iyulun 6-da məlum olacağı gözlənilir.
 

Xatırladaq ki, İran Prezidenti İbrahim Rəisinin mayın 19-da helikopter qəzasında həlak olmasından sonra ölkədə növbədənkənar prezident seçkilər elan olunub.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi