Modern.az

Ermənistan onu Rusiyaya yeni səfir göndərir

Ermənistan onu Rusiyaya yeni səfir göndərir

Dünya

5 İyul 2024, 13:08

Ermənistan Respublikasının Rusiya Federasiyasında yeni səfiri tezliklə təyin olunacaq.

Modern.az xəbər verir ki, bu barədə parlamentin sədri Alen Simonyan bu gün, iyulun 5-də ABŞ senatoru Rocer Uikerin başçılıq etdiyi nümayəndə heyətinin üzvləri ilə mətbuat konfransında bildirib.

“Ümid edirəm ki, yeni səfirimiz olacaq, namizədlik artıq təqdim olunub, təyinatı gözləyirik. Digər şərhlər üçün Xarici İşlər Nazirliyi ilə əlaqə saxlamaq daha məqsədəuyğun olardı”, - Simonyan bildirib.

Qeyd edək ki, Ermənistan Respublikasının Rusiya Federasiyasında yeni səfiri postuna hakim “Mülki müqavilə” partiyasından olan deputat Qurgen Arsenyanın adı hallanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi