Modern.az

Rişi Sunakı fitə basdılar: Çamadanını yığ!

Rişi Sunakı fitə basdılar: Çamadanını yığ!

Dünya

5 İyul 2024, 14:38

Böyük Britaniyanın seçkilərdə uduzan baş naziri Rişi Sunak iyulun 5-də izdihamın qışqırıqları və fit səsləri altında Londonun mərkəzindəki Mühafizəkarlar Partiyasının qərargahını tərk edib.

Modern.az Britaniya mətbuatına istinadən xəbər verir ki, Rishi Sunak maşınına minəndə Mühafizəkarlar Partiyasının tərəfdarları onu "Şou bitdi!", "Çamanadını yığ!", - deyə fitə basıblar.

Xatırladaq ki, dünən Böyük Britaniyada parlament seçkiləri keçirilib. Müxalifətdə olan Leyboristlər Partiyası böyük qələbə qazanıb.

647 seçki dairəsində bülletenlərin hesablanmasından sonra leyboristlər parlamentdə 412 yer, mühafizəkarlar 120, liberal demokratlar 71 yer qazanıblar.

Parlament çoxluğunu əldə etmək üçün Leyboristlər Partiyasına 326 yer kifayət idi.

Britaniyada parlament seçkilərində qalib gələn partiyanın lideri baş nazir postunu tutur və hökuməti formalaşdırır.

Roşi Sunak artıq vəzifəsindən getdiyini təsdiqləyib. O, Dauninq-stritdə çıxış edəcək, sonra istefasını krala təhvil vermək üçün Bukingem sarayına gedəcək.

Böyük Britaniyanın yeni baş naziri Leyboristlər Partiyasının 61 yaşlı lideri Keir Starmer olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycanlı İranda qalib gəldi-İlham Əliyev Bakıya dəvət etdi