Modern.az

Qəzzada ölən fələstinlilərin sayı AÇIQLANDI

Qəzzada ölən fələstinlilərin sayı AÇIQLANDI

Dünya

7 İyul 2024, 16:55

2023-cü il oktyabrın 7-dən etibarən Qəzza zolağında ölən fələstinlilərin sayı 38 153 nəfərə yüksəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Qəzzanın Səhiyyə Nazirliyi məlumat yayıb.

 

Bu dövr ərzində ümumilikdə 87 828 nəfər yaralanıb.

 

Məlumata görə, son 24 saat ərzində 55 nəfər ölüb, 123 nəfər yaralanıb.

 

Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal