Macarıstanın baş naziri Viktor Orban Ukrayna, Rusiya və Azərbaycana səfərindən sonra Çinə gedəcək.
Modern.az xəbər verir ki, bu barədə Macarıstanın 444.hu nəşri yazıb.
Məlumata görə, Macarıstanın baş naziri iyulun 8-də səhər tezdən Pekinə yola düşəcək.
Nəşr yazır ki, hökumət təyyarəsi Budapeştdən Pekinə uçacaq və onun göyərtəsində Viktor Orbanın olacağı güman edilir.
Xatırladaq ki, iyulun 2-də Viktor Orban Kiyevə səfər edib və Ukrayna prezidenti Volodimir Zelenski ilə görüşüb. O, üç gün sonra Moskvada Rusiya prezidenti Vladimir Putinlə Rusiya-Ukrayna münaqişəsini müzakirə edib.
Orban Rusiyadan sonra Azərbaycanda səfərdə olub.