Modern.az

Putin Hindistanın baş naziri ilə görüşəcək

Putin Hindistanın baş naziri ilə görüşəcək

Dünya

8 İyul 2024, 08:37

Rusiya prezidenti Vladimir Putin Moskvada Rusiya Federasiyasına rəsmi səfərə gələn Hindistanın baş naziri Narendra Modi ilə görüşəcək.

 

Modern.az TASS-a istinadən xəbər verir ki, Hindistanın baş nazirinin səfərinin iki gün; 8-9 iyul tarixində baş tutması planlaşdırılır.

 

Kremldən verilən yazılı açıqlamada səfər əsnasında ​hər iki ölkə liderinin ölkələrinin gələcək inkişafını, ənənəvi dost Rusiya-Hindistan münasibətlərini müzakirə etməyi planlaşdırdıqları bildirilir.

 

Rusiyaya səfər, son parlament seçkilərindən sonra ardıcıl üçüncü dəfə Hindistanın baş naziri olmuş Modinin ilk xarici səfəri olacaq.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal