Modern.az

100-dən çox insan fidyə müqabilində qaçırıldı

100-dən çox insan fidyə müqabilində qaçırıldı

Dünya

9 İyul 2024, 00:41

Ötən həftə Efiopiyada tələbələr də daxil olmaqla azı 100 nəfər fidyə müqabilində qaçırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ-ın bu ölkədəki səfiri Ervin Massinqa məlumat verib.

 

"Oromiya və Amhara ştatlarında baş verən son adam oğurluqları göstərir ki, uzun sürən münaqişə cinayətkarları necə cəsarətləndirir və qanunun aliliyini zəiflədir", - deyə səfir X sosial hesabında yazıb.

 

Onun sözlərinə görə, hücum edənlər Oromo dilində danışıblar. Qaçırılan ailələrdən əsirləri azad etmək üçün 17500 dollar ödəmələri istənilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal