Modern.az

Rusiya Ukraynada 559 uşaq ÖLDÜRÜB

Rusiya Ukraynada 559 uşaq ÖLDÜRÜB

Dünya

9 İyul 2024, 13:28

Rusiyanın Ukraynaya genişmiqyaslı işğalı başlayandan indiyədək 559 uşaq həlak olub.

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Baş Prokurorluğundan bildirilib.

“2024-cü il iyulun 9-na olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində 559 uşaq həlak olub. 1449-dan çox uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb”, - məlumatda deyilir.

Ən son qurbanlar bazar ertəsi Rusiyanın Kiyevə raket hücumu nəticəsində həlak olan 4 uşaqdır.

Həmin vaxt 8 və 14 yaşlı iki qız və 8 və 10 yaşlı iki oğlan ölüb. 2 yaşdan 17 yaşa qədər 10 uşaq idə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal