Modern.az

Ərdoğanla Yunanıstanın Baş naziri görüşüb

Ərdoğanla Yunanıstanın Baş naziri görüşüb

11 İyul 2024, 08:00

ABŞ-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında görüş olub.

 

Modern.az xəbər verir ki, görüş NATO-nun Vaşinqtonda keçirilən dövlət və hökumət rəhbərlərinin sammiti çərçivəsində baş tutub.

 

Liderlər Türkiyə ilə Yunanıstan arasında ikitərəfli əlaqələr, eləcə də regional və qlobal məsələləri müzakirə ediblər.

 

Prezident Ərdoğan ölkəsinin Yunanıstanla mehriban qonşuluq prinsipi əsasında həmrəylik ruhunun inkişaf etdirilməsi istiqamətində göstərdiyi səylərə diqqət çəkərək bunun artaraq davam etdiriləcəyini bildirib.

 

Bölgədə baş verən qarşıdurmalara toxunan Türkiyə Prezidenti bu münaqişələrin sona çatdırılması və regionda sülhün təmini üçün səylərin artırılmasının zəruriliyini vurğulayıb

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı