Modern.az

İbtidai siniflərdə mobil telefon qadağan edildi

İbtidai siniflərdə mobil telefon qadağan edildi

Dünya

11 İyul 2024, 08:51

İtaliyanın təhsil naziri Cüzeppe Valditara növbəti tədris ilindən başlayaraq ibtidai siniflərdə təhsil də daxil olmaqla, sinif otaqlarında smartfonların istənilən məqsədlə istifadəsini qadağan edib.

 

Modern.az xəbər verir ki, Valditara bu qərarın müəllimlərə səlahiyyət verilməsi və məktəblərdə fərdi məsuliyyət prinsipinin yenidən qurulması üçün mühüm addım olduğunu deyib.

 

"Növbəti tədris ilindən başlayaraq təhsil də daxil olmaqla, hər hansı məqsəd üçün mobil telefondan istifadəni qadağan edən qərar imzaladım. Çünki ibtidai sinif səviyyəsində bir şagirdin mobil telefonlarla yaxşı təhsil ala bilməyəcəyinə inanıram. Bu, təbii ki, planşet və ya kompüter istifadəsinə aid deyil. Lakin bu cihazlar da müəllimlərin nəzarətində istifadə olunmalıdır.”, - deyə nazir bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Şok faktlar - Görün Nəcməddin Sadıkov 29 min pulla nə edib?