Modern.az

Alla Puqaçova Rusiyada 5 ilədək həbs cəzası ala bilər

Alla Puqaçova Rusiyada 5 ilədək həbs cəzası ala bilər

11 İyul 2024, 13:00

SSRİ xalq artisti Alla Puqaçovanın qeydlərində Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlər aşkar olunarsa, o, cinayət məsuliyyətinə cəlb oluna, 5 ilədək həbs cəzası ala bilər.

Modern.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının deputatı Aleksey Juravlyov bildirib.

“Onun qeydləri Rusiya Silahlı Qüvvələrini gözdən salan elementlərin olması baxımından öyrəniləcək. Məlum olduğu kimi, hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları məhz bununla məşğuldurlar. Bu, artıq 5 ilə qədər həbslə nəticələnən cinayət maddəsi ola bilər”, - Juravlyov bildirib.

Puqaçova Rusiya qüvvələrinin iyulun 9-da Kiyevə raket hücumuna cavab olaraq yazıb:

“Allah səbirlidir, amma hər şeyin ölçüsü və həddi var”.

O, əlində qanlı uşaq olan qadının əks olunduğu fotonu da yayımlayıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı