Modern.az

İki ölkə Macarıstanda keçirilən görüşləri boykot etmək istəyir

İki ölkə Macarıstanda keçirilən görüşləri boykot etmək istəyir

11 İyul 2024, 19:36

Finlandiya və İsveç Macarıstanın Baş naziri Viktor Orbanın Moskvaya səfəri ilə əlaqədar Aİ Şurasına sədrlik edən ölkə kimi Macarıstanda keçirilən nazirlər görüşlərini boykot etmək niyyətindədir.

 

Modern.az xəbər verir ki, “Helsingin Sanomat” qəzeti mənbələrə istinadla məlumat yayıb.

 

“Finlandiya və İsveç Orbanın Moskvaya səfərinə etiraz olaraq Aİ nazirlərinin Macarıstanda keçirilən görüşlərini boykot etməyi planlaşdırır”, - materialda belə deyilir.

 

Qəzetin yazdığına görə, çərşənbə günü Finlandiyanın Baş naziri Petteri Orpo və İsveç Prezidenti Ulf Kristersson Avropa İttifaqı nazirlərinin Budapeştdəki iclaslarına nazirləri və ya dövlət katiblərini göndərməmək barədə razılığa gəliblər. Macarıstanın hərəkətlərindən asılı olaraq, boykot iyulun sonuna qədər davam edə bilər.

 

“Politico” nəşri isə yazır ki, çərşənbə axşamı günü Aİ Şurasının Budapeştin sədrliyi ilə keçirilən ilk iclasına yalnız 8 ölkə öz nazirlərini göndərib. Aİ-nin bir neçə səfiri avqustun sonunda Budapeştdə xarici işlər nazirlərinin qeyri-rəsmi görüşünü boykot etməyə çağırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı