Modern.az

NATO-dan Bakı və İrəvana dəstək MESAJI

NATO-dan Bakı və İrəvana dəstək MESAJI

13 İyul 2024, 19:09

NATO Cənubi Qafqaz regionunda sabitliyin və ABŞ və Avropa İttifaqının (Aİ) iştirakı ilə Ermənistan və Azərbaycan arasında sülh prosesinə dəstəyin vacibliyini vurğulayıb.

 

Modern.az xəbər verir ki, bu barədə təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina "Amerikanın Səsi"nin erməni xidməti ilə söhbətində danışıb.

 

O deyib ki, NATO Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına və uzunmüddətli sülh sazişinin bağlanmasına yönəlmiş münasibətlərin normallaşdırılması prosesini qətiyyətlə dəstəkləyir.

 

"Qafqazda sabitliyə nail olmaq üçün münasibətlərin tənzimlənməsi həm regionun, həm də NATO-nun maraqlarına uyğundur. Qafqaz NATO üçün strateji əhəmiyyət kəsb edən Qara dəniz regionuna birbaşa təsir edir

 

Ermənistan-Azərbaycan sülh prosesində irəliləyiş, Vaşinqtonda keçirilən üçtərəfli görüşdə müsbət irəliləyişlərlə bağlı nikbinlik var.

 

NATO gələcəkdə İrəvan və Bakı arasında münasibətlərin normallaşdırılması prosesinə dəstək verməyə hazırdır", - Kolomina qeyd edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri