Modern.az

Blinkenin müavini Ermənistanda səfərdədir 

Blinkenin müavini Ermənistanda səfərdədir 

13 İyul 2024, 19:23

ABŞ dövlət katibi Entoni Blinkenin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya Ermənistanda səfərdədir.

 

Modern.az xəbər verir ki, bu barədə o, özünün X mikrobloqunda yazıb.

 

O, ABŞ-ın Ermənistandakı səfiri Kristina Kvin ilə görüşüb.

 

"Biz demokratik qanunun aliliyini, korrupsiyaya qarşı mübarizəni və məhkəmə islahatlarını təşviq etmək üçün hökumət və vətəndaş cəmiyyəti tərəfdaşları ilə əməkdaşlığı gücləndirməyi səbirsizliklə gözləyirik”, - Uzra Zeya vurğulayıb.

 

Qeyd edək ki, o, bundan əvvəl Gürcüstanda səfərdə olub.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri