Modern.az

Paşinyan Blinkenin müavini ilə regionu müzakirə etdi 

Paşinyan Blinkenin müavini ilə regionu müzakirə etdi 

13 İyul 2024, 23:37

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya ilə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan hökuməti məlumat yayıb.

 

O, Entoni Blinkenin müavini ilə Bakı və İrəvan arasında danışıqlar prosesini müzakirə edib. 

 

“Tərəflər Ermənistan və Azərbaycan arasında sülh prosesini müzakirə ediblər. ABŞ dövlət katibinin müavini vurğulayıb ki, ABŞ iki ölkə arasında həqiqi sülhün bərqərar olmasına və regionda təhlükəsizlik və sabitliyin təmin olunmasına töhfə verməkdə davam edəcək”, – məlumatda qeyd olunub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal