Modern.az

Trampa mitinqdə atəş açıldı, qulağından yaralandı - VİDEO

Trampa mitinqdə atəş açıldı, qulağından yaralandı - VİDEO

14 İyul 2024, 07:03

ABŞ-ın sabiq prezidenti, prezident seçkilərində namizəd olan Donald Tramp Pensilvaniya ştatında səhnədə çıxış edərkən atışma baş verib.

 

Modern.az xəbər verir ki, siyasətçi hadisə zamanı qulağından yaralandığını bildirib.

 

Cinayəti törətməkdə şübhəli bilinən şəxs öldürülüb. Atışma zamanı bir aksiya iştirakçısı həlak olub, daha iki nəfər isə ağır yaralanıb.

 

Atışma Donald Trampın Viskonsin ştatının Milbauki şəhərində keçiriləcək qurultayda Respublikaçılar Partiyasından rəsmi olaraq prezidentliyə namizəd olması gözlənilən vaxtdan iki gün əvvəl baş verib. 

 

ABŞ-ın hazırkı prezidenti Co Bayden mitinqdə baş verən atışmanı pisləyib və xalqı bu cür zorakılığa qarşı birləşməyə çağırıb.

 

Medianın məlumatına görə, cinayət respublikaçı namizədə hücum kimi araşdırılır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal