Modern.az

Bayden atışmadan sonra Trampa zəng etdi 

Bayden atışmadan sonra Trampa zəng etdi 

Dünya

14 İyul 2024, 07:12

ABŞ Prezidenti Co Bayden Pensilvaniya ştatında hücuma məruz qalan Donald Trampa zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

 

Telefon danışığının detalları açıqlanmayıb.

 

Yerli media yazır ki, Bayden Pensilvaniya qubernatoru Coş Şapiro və Butler meri Bob Dandoya da zəng edib. 

 

Qeyd edək ki, Tramp Pensilvaniya ştatında çıxış edən zaman atışma baş verib, nəticədə siyasətçi qulağından yaralanıb. Hücumda şübhəli bilinən şəxs öldürülüb. Hadisə zamanı bir mitinq iştirakçısı həlak olub, ikisi yaralanıb. Bayden hücumu pisləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri