Modern.az

Yaralanan Trampın SON DURUMU

Yaralanan Trampın SON DURUMU

Dünya

14 İyul 2024, 09:03

ABŞ prezidentliyinə namizəd Donald Trampın Pensilvaniyada keçirilən mitinq zamanı ona qarşı uğursuz sui-qəsd cəhdindən sonra yaxşı olduğu açıqlanıb.

 

Modern.az xəbər verir ki, bu barədə sabiq prezidentin sözçüsü Stiven Çunun bəyanatında bildirilib.

 

“Prezident Tramp hüquq-mühafizə orqanlarına və ilk müdaxilə edənlərə bu iyrənc hadisə zamanı çevik hərəkətlərinə görə təşəkkür edir. Onun vəziyyəti yaxşıdır və yerli tibb müəssisəsində müayinə olunur”, – bəyanatda qeyd olunub.

 

Xatırladaq ki, ABŞ prezidentliyinə namizəd Donald Trampın mitinqi zamanı atəş açılıb.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal