Modern.az

Trampla danışıq yaxşı keçdi - BAYDEN 

Trampla danışıq yaxşı keçdi - BAYDEN 

Dünya

15 İyul 2024, 00:03

“Ötən gecə mən Donald Trampa danışdım. Sevinirəm ki, o, yaxşıdır və sağalır. Aramızda qısa, amma yaxşı danışıq keçdi”.

 

Modern .az-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Co Bayden media qarşısında çıxışı zamanı deyib. O, sui-qəsd zamanı həyatını itirən şəxsin ailəsinə başsağlığı verib, xəsarət alanlara şəfa diləyib, Məxfi Xidmətə və hüquq-mühafizə orqanları əməkdaşlarına həyatlarını riskə atdıqlarına görə təşəkkür edib.

 

“Ötən gün də dediyim kimi ABŞ-də bu cür zorakılıq aktları üçün yer yoxdur. Sui-qəsd cəhdi müdafiə etdiyimiz dəyərlərə ziddir. Amerika bu deyil. Bunun baş verməsinə imkan verməməliyik. İndiki halda birlik hər şeydən daha vacibdir”, - deyə ABŞ prezidenti qeyd edib.

 

Co Bayden sui-qəsdin motivinin hələlik məlum olmadığını deyib. O həmçinin Pensilvaniyada siyasi mitinq zamanı təhlükəsizliyin təminatı ilə bağlı müstəqil araşdırmanın aparılmasına göstəriş verdiyini və yaxın saatlarda xalqa müraciət edəcəyini bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi