Modern.az

Japarovun yaxın qohumu həbs edildi

Japarovun yaxın qohumu həbs edildi

18 İyul 2024, 00:20

Qırğızıstanda prezident Sadır Japarovun yaxın qohumu Ulan Japarov həbs edilib.

 

Modern.az yerli mətbuata istinadən xəbər verir ki, o, böyük miqyasda dələduzluqda ittiham olunur.

 

Prezidentin qohumu ölkənin regionlarından birində Qırğızıstan prezidentinin səlahiyyətli nümayəndəsi vəzifəsini vəd etdiyinə görə 100 min dollardan çox mükafat almaqda şübhəli bilinir.

 

Ulan Japarovun barəsində avqustun 19-dək həbs qətimkan tədbiri seçilib.

 

Şübhəlinin 32 yaşı var, Qırğızıstan prezidenti Sadır Japarovun əmisi oğlu Rakımjan Japarovun oğludur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri