Modern.az

Dəmir yollarına ən az investisiya qoyan ölkə Fransadır

Dəmir yollarına ən az investisiya qoyan ölkə Fransadır

18 İyul 2024, 08:12

İnfrastrukturun köhnəlməsi, sürətin aşağı salınması və s. Baş nazir Elizabet Bornun 2023-cü ilin əvvəlində dəmir yolu şəbəkəsi üçün vəd etdiyi 100 milyard avro investisiya qənaətbəxş olmayıb.

 

Modern.az “Figaro”ya istinadla xəbər verir ki, bu barədə Almaniyanın “Dəmir yolu üçün Alyans” təşkilatının hesabatında deyilir.

 

Hesabatda bildirilir ki, Avropada dəmir yollarına ən az investisiya qoyan ölkə Fransadır. Bu ölkədə dəmir yoluna adambaşına cəmi 51 avro investisiya qoyulub. göstərici İspaniyada 70, İtaliyada 92 avrodur.

 

Dəmiryoluna ən çox sərmayə qoyan Avropa ölkələri Lüksemburq (adambaşına 512 avro) , İsveçrə (477 avro) və Danimarkadır (336 avro).

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri