Modern.az

Azərbaycan ŞƏT-də müşahidəçi olmaq üçün MÜRACİƏT EDİB

Azərbaycan ŞƏT-də müşahidəçi olmaq üçün MÜRACİƏT EDİB

18 İyul 2024, 12:44

Ermənistan, Azərbaycan, Banqladeş, Kamboca və Şri-Lanka müşahidəçi ölkə statusu almaq Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) müraciət edib.

 

Modern.az xəbər verir ki, bu barədə İran ŞƏT Katibliyindəki milli koordinator Mehrdad Kiayeyi "İzvestiya"ya bildirib.

 

"Bir neçə ölkə, o cümlədən Kamboca, Şri-Lanka, Ermənistan, Banqladeş, Azərbaycan və başqaları qoşulmaq üçün müraciət edib. Bu ölkələr statuslarını dialoq tərəfdaşından müşahidəçi statusuna dəyişmək istəyirlər. Biz, prinsipcə, bu məsələni nəzərdən keçirməyə hazırıq və müvafiq ərizəçilər və təşkilata üzv dövlətlərlə razılaşaraq, müəyyən nəticəyə gəlmək istəyirik", - Kiayeyi bildirib.


Onun sözlərinə görə, əvvəlcə həmin ölkələr müşahidəçi olmalıdırlar və yalnız bundan sonra tam üzv ola bilərlər.


Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci il iyunun 15-də təsis edilib. Əvvəlcə altı ölkə - Rusiya, Qazaxıstan, Qırğızıstan, Çin, Tacikistan və Özbəkistandan ibarət olub. 2017-ci ildə Hindistan və Pakistan, 2023-cü ildə isə İran təşkilata qoşulub. Belarusun təşkilata qoşulması prosesi artıq yekunlaşıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri