Modern.az

İtaliyada zəlzələ oldu

İtaliyada zəlzələ oldu

18 İyul 2024, 14:20

İtaliyada 3,6 bal gücündə zəlzələ qeydə alınıb.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliyanın Geofizika və Vulkanologiya İnstitutu (INGV) məlumat yayıb.

 

Episentri Neapolun qərbində yerləşən Kampi Fleqrey şəhəri olan zəlzələnin ocağı 2,4 kilometr dərinlikdə yerləşib. Daha sonra müxtəlif maqnitudal ardıcıl yeraltı təkanlar olub.

 

Zəlzələ Neapolun müxtəlif bölgələrində, xüsusən də binaların yuxarı mərtəbələrində aydın hiss edilib, əhali arasında təşviş yaradıb. İlkin yoxlamalara görə, insan tələfatı və dağıntı baş verməyib.

 

Qeyd edək ki, Kampi Fleqrey şəhəri qədim vulkanik kraterlərdən ibarətdir. Bölgədə seysmik aktivlik son bir ildə, xüsusilə də ötən aylarda artıb. Sonuncu dəfə ən uzun müddətli seysmik aktivlik 1980-ci illərin əvvəllərində qeydə alınıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri