Modern.az

Yaponiyada güclü zəlzələ

Yaponiyada güclü zəlzələ

18 İyul 2024, 16:04

Yaponiyanın Honşu adasında 6,1 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

 

Zəlzələnin ocağı 101,6 kilometr dərinlikdə yerləşib.

 

Episentrinin ilkin olaraq 33,55 dərəcə şimal eni və 140,44 dərəcə şərq uzunluğu olduğu müəyyən edilib.

 

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri