Modern.az

Şarl Mişel Azərbaycan-Ermənistan təmaslarından DANIŞDI

Şarl Mişel Azərbaycan-Ermənistan təmaslarından DANIŞDI

18 İyul 2024, 16:34

Azərbaycan və Ermənistan arasında birbaşa dialoqun asanlaşdırılması üçün Avropa İttifaqı (Aİ) adından mümkün olan hər şeyi etməyə çalışmışam.

 

Modern.az xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Şarl Mişel Avropa Siyasi Birliyinin IV Sammiti çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, Brüssel son aylarda iki ölkə arasında birbaşa təmasların mümkünlüyünü görüb.

 

Qeyd edək ki, Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya Azərbaycan və Ermənistan liderləri arasında görüşün keçirilməsi təklifi ilə çıxış edib və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu.

 

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bildirib ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi:

 

"Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu. Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri