Modern.az

Tramp prezidentliyə namizədliyini qəbul edib

Tramp prezidentliyə namizədliyini qəbul edib

19 İyul 2024, 08:05

ABŞ-ın keçmiş prezidenti Donald Tramp Respublikaçılar Partiyasının onun prezidentliyə namizədliyini irəli sürməsini rəsmən qəbul edib.

 

Modern.az-ın məlumatına görə, Tramp Miluokidə keçirilmiş Respublikaçılar Partiyası Milli Qurultayının son günündə bunu təsdiq edən sənədə imza atıb. Günün sonuna yaxın onun çıxışı gözlənilir.

 

Qeyd edək ki, 15-18 iyul tarixlərində keçirilən Milli Qurultayda Respublikaçılar Partiyası Donald Trampın namizədliyini irəli sürüb. Həmçinin keçmiş Prezident bu posta yenidən seçiləcəyi halda Ohayo senatoru Ceyms Devid Vansı vitse-prezident təyin edəcəyini elan edib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri