Modern.az

Təl-Əvivdə güclü partlayış - Ölən var

Təl-Əvivdə güclü partlayış - Ölən var

19 İyul 2024, 09:16

İsrailin paytaxtı Təl-Əvivdə partlayış baş verib.

 

Modern.az İsrail mediasına istinadən xəbər verir ki, hadisə nəticəsində 1 nəfər ölüb, azı 8 nəfər yaralanıb.

 

İsrail Müdafiə Qüvvələri bildirib ki, şəhərdəki partlayışa "hava hədəfinin düşməsi" səbəb olub.

 

Açıqlamada deyilir ki, şəhərdə sirenlər işə düşməyib.

 

İsrail mediasının məlumatına görə, partlayış ABŞ səfirliyinin yaxınlığında, Ben Yehuda və Şalom Aleyhem küçələrinin kəsişməsində baş verib.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal