Modern.az

Bayden prezidentlik yarışından geri çəkilə bilər

Bayden prezidentlik yarışından geri çəkilə bilər

19 İyul 2024, 09:24

ABŞ-da yüksək rütbəli demokratların dövlət başçısı Co Baydenin prezidentlik yarışından geri çəkilməsi üçün təzyiqləri davam edir.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, 81 yaşlı Baydenin üçüncü dəfə koronavirusa yoluxması ona prezidentlik yarışından geri çəkilmək üçün təzyiqin artmasına səbəb oldu.

İddialara görə, Konqresdəki demokratların və yaxın dostlarının artan təzyiqi ABŞ prezidenti Co Baydeni bu həftə sonu prezidentlik yarışından imtina etməyə inandıracaq.

Bəzi məlumatlara görə, artan təzyiq, Trampla debatlardakı zəif çıxış Baydeni geri çəkilmək fikrilə barışdırb.

Onun partiyasının yüksək rütbəli liderləri, dostları və əsas donorları Baydenin qalib gələ bilməyəcəyinə, yaşı və əqli qabiliyyətinə dair ictimai rəyi dəyişdirə bilməyəcəyinə və Konqresdə çoxluq qazana bilməyəcəyinə inanırlar.

Prezidentə deyilir ki, namizdəlikdən geri çəkilməsə, rəqibi Donald Tramp noyabrda böyük qələbə qazana və demokratların ümidlərini alt-üst edə bilər.

Demokratların təxminən üçdə ikisinin Baydenin prezidentlik yarışından çıxmasını istədiyini göstərən sonuncu sorğu Ağ Evdə və Konqresdə əks-səda doğurub. Media yazır ki, Bayden Demokratlar Partiyasında panik təzyiq altındadır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri