Modern.az

Ukrayna və Britaniya arasında mühüm SAZİŞ

Ukrayna və Britaniya arasında mühüm SAZİŞ

20 İyul 2024, 00:57

Ukrayna və Böyük Britaniya müdafiə imkanlarının inkişafına dair saziş imzalayıblar.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin mətbuat xidməti məlumat yayıb.

 

Ukraynanın müdafiə imkanlarının inkişafına dair rəsmi kredit dəstəyi haqqında sazişi ölkənin müdafiə naziri Rüstəm Umerov və Britaniyanın müdafiə naziri Con Hili Prezident Volodimir Zelenskinin və Baş nazir Kir Starmerin iştirakı ilə imzalayıblar.

 

Sənəd Ukrayna-Britaniya arasında müdafiə layihələrinə başlamağa imkan yaradır. Söhbət hava hücumundan müdafiə sistemləri, zirehli texnika və döyüş sursatlarının tədarükü, təmiri və qismən istehsalından gedir.

 

Sazişdə Britaniya tədarükçülərinin Ukrayna ilə 2 milyard funt-sterlinq (2,5 milyard dollardan çox) məbləğində kredit müqavilələri və sazişlər bağlaya biləcəyi nəzərdə tutulur. Məbləğ gələcəkdə artırıla bilər. Kreditin ödənilmə müddəti 15 ildir.

 

Bu, 2026-cı ilə qədər Ukraynanın müdafiə qüvvələrini hava hücumundan müdafiə sistemləri, radar və məhvetmə vasitələri ilə təmin etməyə və artilleriya qurğuları üçün lülələrin, ehtiyat hissələrinin və komponentlərin qismən istehsalını həyata keçirməyə, qərb tipli zirehli maşınlardan istifadəni mənimsəməyə kömək edəcək.

 

“Saziş dövlət büdcəsinin yükünü azaldacaq və qısa müddətdə dövlətimizin müdafiəsinə, ilk növbədə, hava hücumundan müdafiə sahəsində lazımi silahların alınmasına imkan verəcək”, - deyə R.Umerov qeyd edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri