Modern.az

Aksiyalara görə komendant saatı tətbiq olunur 

Aksiyalara görə komendant saatı tətbiq olunur 

20 İyul 2024, 11:55

Banqladeşdə iyulun əvvəlindən davam edən etirazlar şiddətli toqquşmalara çevrilib.

 

Modern.az xəbər verir ki, Banqladeş hökuməti etiraz edən tələbələr ilə polis arasında ölümlə nəticələnən toqquşmalardan sonra komendant saatı tətbiq edib. Hakim “Avami Liq” partiyasının baş katibi Obaydul Kvader bildirib ki, mülki hakimiyyətə kömək etmək üçün silahlı qüvvələr də göndərilib.

 

“Hindustan Times” qəzetinin məlumatına görə, etiraz edən tələbələr ilə polis arasında baş vermiş toqquşmalarda Dəkkədə azı 55 sakin də daxil olmaqla, ölkədə 105 nəfər həlak olub. 700-dən çox insan zərər çəkib.

 

Paytaxt Dəkkədə polis iğtişaşların qarşısını almaq üçün bütün siyasi mitinqlərə bir günlük qadağa qoyub. İnternet bloklanıb.

 

Gənclər arasında (170 milyonluq əhaliyə təxminən 32 milyon işsiz və ya təhsilsiz) yüksək işsizlik səviyyəsindən qəzəblənən tələbələr Banqladeşdə 1971-ci ildə müstəqillik uğrunda müharibədə iştirak edən veteranların ailələri üçün nəzərdə tutulan 30 faizlik kvotanın ləğv edilməsinə nail olmağa çalışırlar.

 

Baş nazir Şeyx Hasina vəd edib ki, avqustun 7-də Ali Məhkəmə hökumətin 1971-ci il döyüşçülərinin ailələri üçün 30 faizlik kvotanın bərpasını nəzərdə tutan Ali Məhkəmənin qərarından şikayətinə baxacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri