Modern.az

İsrail bu ölkəyə ağır zərbələr ENDİRDİ

İsrail bu ölkəyə ağır zərbələr ENDİRDİ

Dünya

21 İyul 2024, 00:50

İsrailin baş naziri Benyamin Netanyahu ölkəsinin Yəmənin Hudeydə limanına hücumu barədə danışıb.

 

Modern.az xəbər verir ki, o, zərbələrin husilərin hücumlarına cavab olduğunu bildirib.

 

Netanyahu əlavə edib ki, İsrail özünü istənilən vasitə ilə müdafiə edəcək və hücum edən hər kəs bunun əvəzini ağır şəkildə ödəyəcək.

 

“Biz özümüzü hər vasitə ilə və bütün cəbhələrdə müdafiə edəcəyik", - o, "X" hesabında yazıb.

 

İsrail baş nazirinin sözlərinə görə, Yəmənə endirilən zərbə iyulun 19-da Təl-Əvivə PUA hücumuna birbaşa cavab olub. O, həmçinin bildirib ki, husilər son səkkiz ay ərzində ölkəyə yüzlərlə ballistik və qanadlı raketlər və pilotsuz uçuş aparatları atıblar.

 

Benyamin Netanyahunun sözlərinə görə, hücum edilən liman hərbi məqsədlər üçün istifadə edilib. O vurğulayıb ki, liman İran tərəfindən tədarük edilən “öldürücü silahların qəbulu məntəqəsi kimi xidmət edib”.

 

Qeyd edək ki, Yəmən rəsmiləri hücum nəticəsində ölən və yaralananların olduğunu açıqlayıb. 

Whatsapp
Bizə yazın!
Keçid et
Rus ordusu Zəngəzura girir: Bölgədə durum dəyişir-