Modern.az

İsrailin Yəmənə hücumuna İrandan REAKSİYA

İsrailin Yəmənə hücumuna İrandan REAKSİYA

21 İyul 2024, 10:44

İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani İsrailin Yəmənin Qırmızı dənizdə yerləşən Hudeyda şəhərindəki limanına hücumunu pisləyib.

 

Modern.az “Tasnim” agentliyinə istinadən xəbər verir ki, diplomatın fikrincə, yəmənlilər Qəzza zolağındakı qadın və uşaqları dəstəklədikləri üçün “bədəl ödəməli olurlar”.

 

“Kənani sionist rejimin (İsrail – red.) Yəmənin Hudeydə şəhərindəki limanına hücumlarını qətiyyətlə pisləyib”, – materialda deyilir.

 

Bundan başqa, İran Xarici İşlər Nazirliyinin nümayəndəsi insidenti “İsrail iqtidarının aqressiv mahiyyətinin təzahürü” adlandırıb. O, yəhudi dövlətinin hərəkətlərinin eskalasiyasına və bütün Yaxın Şərqdə hərbi əməliyyatların yayılmasına səbəb ola biləcəyini vurğulayıb.

 

Xatırladaq ki, daha əvvəl BMT-nin Baş katibi Antoniu Quterriş İsrailin Yəmənə hava hücumundan narahatlığını ifadə etmişdi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri