Modern.az

Bayden seçki yarışından geri ÇƏKİLDİ

Bayden seçki yarışından geri ÇƏKİLDİ

Dünya

21 İyul 2024, 22:04

ABŞ Prezidenti Co Bayden prezident seçkilərində namizəd olmayacaq.

 

Modern.az xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

 

ABŞ lideri yenidən seçilmək istəmədiyini və prezidentlik yarışını tərk etdiyini qeyd edib.

 

"Əminəm ki, geri çəkilsəm və diqqətimi xalqa xidmətə cəmləsəm, partiya və ölkə üçün daha yaxşı olacaq", - Bayden qeyd edib.

 

O, səlahiyyət müddətinin sonuna qədər vəzifəsində qalacağını bildirib.

 

Dövlət başçısı bu həftə xalqa müraciətində qərarı barədə daha çox danışacağını vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal