Modern.az

Klintonlar da onun namizədliyini dəstəklədi

Klintonlar da onun namizədliyini dəstəklədi

21 İyul 2024, 23:55

ABŞ-ın sabiq prezidenti Bill Klinton və həyat yoldaşı, keçmiş dövlət katibi Hillari Klinton vitse-prezident Kamala Harrisi prezidentliyə namizəd kimi dəstəkləyiblər.

 

Modern.az xəbər verir ki, bu barədə Bill Klinton "X" səhifəsində yazıb.

 

"Biz Baydenə qoşularaq ABŞ-nin vitse-prezidenti Kamala Harrisi dəstəkləyirik", - o bildirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden seçki yarışından çəkilib. O, vitse-prezident Kamala Harrisin namizədliyini dəstəkləyib.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri