Modern.az

Gürcüstanda günün ikinci ZƏLZƏLƏSİ

Gürcüstanda günün ikinci ZƏLZƏLƏSİ

22 İyul 2024, 13:20

Gürcüstanın şərqində bir gündə ikinci zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə "Sputnik Georgia" məlumat yayıb.

 

3.8 bal gücündə təkanlar Dedoplistskaro şəhəri yaxınlığında da baş verib. Zəlzələnin ocağı 44 km dərinlikdə yerləşib.

 

Qeyd edək ki, bir neçə saat əvvəl 4.9 bal gücündə ilk zəlzələ qeydə alınmış, Azərbaycan və Ermənistan ərazisində də hiss olunmuşdu.

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri