Modern.az

"Gürcü Arzusu" Trampın qələbəsini gözləyir

"Gürcü Arzusu" Trampın qələbəsini gözləyir

22 İyul 2024, 13:44

Gürcüstanın hakim “Gürcü Arzusu” Partiyası açıq şəkildə Donald Trampın ABŞ prezident seçkilərində qalib gələcəyini gözləyir.

 

Modern.az Gürcüstan mətbuatına istinadən xəbər verir ki, bu barədə baş nazir İrakli Kobaxidze danışıb.

 

“Əlbəttə, biz heç kimin seçkisinə qarışa bilmərik... Bu, bizim işimiz deyil. Təkcə onu demək olar ki, Tramp qalib gəlsə, Ukraynada müharibə daha tez bitəcək və müvafiq olaraq regionumuz daha tez sakitləşəcək. Bu, konkret olaraq Gürcüstana münasibəti dəyişəcək. Regionda sülh olarsa, Gürcüstana münasibət dəyişəcək və ədalət daha çox olacaq”, - deyə o qeyd edib.

 

Bundan əvvəl “Gürcü arzusu”nun seçkiqabağı mitinqində partiyanın təsisçisi Bidzina İvanişvili əmin olduğunu bildirib ki, Tramp Ağ Evə qayıdarsa, Ukraynada müharibə 2025-ci ilin yanvarında başa çatacaq. İvanişvili hesab edir ki, “Amerika və Avropa ilə bütün anlaşılmazlıqlar dərhal keçmişdə qalacaq”. Onun sözlərinə görə, indi Gürcüstan hakimiyyəti üçün “əsas odur ki, bu az vaxtda qalib gəlsin”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri