Modern.az

Gürcüstanın xarici dövlət borcu nə qədərdir?

Gürcüstanın xarici dövlət borcu nə qədərdir?

22 İyul 2024, 15:22

Gürcüstanın xarici dövlət borcu 2024-cü ilin birinci yarısında azalıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.

 

İyulda borc 8,7 milyard dollar təşkil edib ki, bu da yanvar ayı ilə müqayisədə 2,3% azdır. Beləliklə, hökumətin borcu 8,33 milyard dollar, Milli Bankın borcu isə 374 milyon dollardır.

 

Çoxtərəfli xarici dövlət borcu (banklara) ilin birinci yarısında 1,2% azalaraq 6,3 milyard dollara, ikitərəfli borc (ölkələrə) isə 6 faiz azalaraq 1,5 milyard dollara düşüb.

 

2023-cü ildə Gürcüstanın xarici dövlət borcu 6,7% artıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri