Modern.az

Sabiq deputatın dəfnində izdiham yaşandı - FOTOLAR

Sabiq deputatın dəfnində izdiham yaşandı - FOTOLAR

22 İyul 2024, 15:34

Ukraynanın Lvov şəhərinin mərkəzində cümə günü öldürülən sabiq deputat İrina Farionla vida mərasimi keçirilir. 

 

Modern.az BBC-yə istinadən xəbər verir ki, tanınmış siyasətçi və filoloq sui-qəsd cəhdindən sonra xəstəxanada dünyasını dəyişib.

 

Farion Ukrayna Ali Radasının ifrat sağçı "Svoboda" partiyasından keçmiş deputatıolub, Ukrayna dilini dəstəkləyən radikal bəyanatları ilə məşhurdur. Qatil siyasətçini evindən çıxarkən başından güllələyib. Sui-qəsdin əsas versiyası keçmiş deputatın siyasi fəaliyyəti və ədavətdir.

 

Dilçi alim və keçmiş xalq deputatı ilə vidalaşmaq üçün minlərlə insan şəhərin mərkəzindəki Qarnizon kilsəsinin yaxınlığında toplaşıb. BBC-nin müxbiri Svyatoslav Xomenkonun hadisə yerindən verdiyi məlumata görə, kafedrala gələn növbə durmadan artır. Farion Liçakiv qəbiristanlığında dəfn ediləcək.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri