Modern.az

Demokratların namizədinin bəlli olacağı TARİX

Demokratların namizədinin bəlli olacağı TARİX

23 İyul 2024, 10:34

ABŞ-da prezident seçkilərində Demokratların prezidentliyə namizədi avqustun 7-dək seçiləcək.

 

Modern.az xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.

 

Nəşr yazır ki, yeni namizəd onlayn səsvermə yolu ilə seçiləcək və bu tarixə qədər ABŞ-ın vitse-prezidenti vəzifəsinə namizəd də irəli sürülə bilər.

 

Hazırda Kamala Harrisin 2668 nümayəndə səsi var və 1976 səs tələb olunur.

 

Qeyd edək ki, noyabrda keçiriləcək seçkilərdə Demokratların namizədi hazırkı prezident Co Bayden idi, lakin bir neçə gün əvvəl o, namizədlikdən çəkildiyini elan etdi.

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan orduya nəzarəti itirdi-Generallardan atəş əmri